UNEC-də elmi seminar

UNEC-in İqtisadiyyat fakültəsinin növbəti elmi seminarı keçirilib. Məruzəçi “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” adlı mövzusunda çıxış edib.

O qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” qəbul olundu. Bu yol xəritəsində ilk dəfə olaraq iqtisadi və sosial inkişafın ahəngdarlığının, indiki və gələcək nəsillərin maraq və mənafelərinin vəhdət halında həll edilməsi, habelə iqtisadiyyatın inklyuzivliyinin artırılması strateji bir vəzifə kimi qarşıya qoyuldu.

Strateji yol xəritəsində davamlı inkişafın məqsədlərinə və prinsiplərinə uyğun olaraq ölkəmizdə formalaşdırılan inklyuziv və transparent milli iqtisadi inkişaf modeli iqtisadi artımla sosial inkişafın və sosial bərabərliyin uyğunluğuna, həmrəyliyinə əsaslanan güclü, şəffaf və açıq iqtisadiyyatın yaradılması nəzərdə tutulur. Geniş mənada inklyuziv iqtisadi artım təhsil və tibbi xidmətin aztəminatlı əhali qrupları üçün əlçatan olmasını, ətraf mühitin qorunmasını, məhsul və xidmət vahidinə çəkilən xərclərin aşağı salınmasını, inklyuzivlik iqtisadi artımın humanitar və mənəvi aspektlərinin gücləndirilməsini tələb edir.

Strateji yol xəritəsində sosial-iqtisadi proseslərin 360 dərəcəli diaqnostikası əsasında qiymətləndirilməsi öz əksini tapmışdır ki, bu da inkişafın hər hansı bir sahənin, istiqamətin, sferanın səmərəliliyi baxımından deyil, bütünlükdə ölkədə cari və perspektiv dövrdə həyata keçiriləcək təkrar istehsalın səmərəliliyinin təmin edilməsi baxımından dəyərləndirilməsini zəruri edir.

Azərbaycan Respublikasının milli iqtisadiyyatının perspektivliyi üzrə strateji yol xəritəsində mövcud vəziyyətin GZİT təhlili və 360 dərəcəli diaqnostikası əsasında 2020-ci ilədək ölkəmizdə iqtisadi inkişaf strategiyası, tədbirlər planı və 2025-ci ilədək qarşıda duran başlıca məqsədlər, hədəflər və baxışlar sistemini özündə əks etdirir. Rus İqtisadiyyat Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov öz çıxışında “investisiya – əlavə dəyər – satış həcmi – iqtisadi artım” zəncirindən, ölkəmizdə mövcud olan müəyyən institusional problemlərdən, korporativ idarəetmə modelin tətbiqi zəifliyindən danışdı. O qeyd etdi ki, Azərbaycanın ixrac xəritəsi mütləq qurulmalıdır, beynəlxalq marketinqə ehtiyacı var.

*

*
“Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri, professor Əli Əlirzayev çıxış edərək Azərbaycan iqtisadiyyatında baş verən proseslər ölkədə neft hasilatı və dünya bazarlarında neftin qiymətindəki dəyişkənliklə asılılığını vurğulayıb. Azərbaycan iqtisadiyyatının təbii ehtiyatlardan və xüsusən də neftdən asılılığının həm qısa, həm də uzunmüddətli perspektivdə azaldılması zəruridir. Uzunmüddətli perspektivdə neftin qiymətlərindən fiskal asılılıq bu sahəyə daha diqqətli yanaşmanı şərtləndirir.

Elmi seminarda iştirak edən professor-müəllim heyəti məruzənın ətrafında fikir mübadiləsi aparıb. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı. Seminar müzakirələrlə davam edib.

*

DSC_5618 DSC_5625DSC_5621  DSC_5626

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno