UNEC-də “Heydər Əliyev İli”nə həsr olunan Elm festivalına start verilib

01 MART 2023 | VIEWS:

UNEC-də “Heydər Əliyev İli”nə həsr olunan Elm festivalına start verilib.

Martın 1-də UNEC-də “Heydər Əliyev İli”nə həsr edilmiş Elm festivalına start verilib. Elm festivalı 27 mart – Elm Gününədək davam edəcək.

Elm festivalının açılışında “Müasir universitetlərdə elmi fəaliyyət: yeni çağırışlar, imkanlar və mürəkkəb vəzifələrin həlli yolları” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda UNEC-in elm üzrə prorekroru, professor Sakit Yaqubov Elm festivalının keçirilməsinin əsas məqsədinin elmin populyarlaşdırılması olduğunu diqqətə çatdırıb. Elm festivalı çərçivəsində konfrans, dəyirmi masalar, elmi-praktiki seminarlar, açıq elmi-populyar mühazirələr, debatlar, kitab sərgisi və müxtəlif mövzularda 20-dən çox tədbirin keçiriləcəyini bildirib.

Tədbirdə iştirak edən akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev ulu öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı rolundan danışıb. Akademik ulu öndərin Azərbaycan aliminə və elminə hər zaman diqqət və qayğı ilə yanaşdığını, onun rəhbərliyi ilə bu sahədə ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini bildirib.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev elmin populyarlaşması, xüsusilə də regionlarında bu sahəyə diqqətin artırılmasının vacibliyindən söz açıb. Millət vəkili elmə verilən dəyərin dəyişdiyini diqqət çatdıraraq, alimlərin də paradiqmaları dəyişməli olduğunu vurğulayıb.

UNEC rektorunun fəxri müşaviri Fərrux Tuzçuoğlu isə ali təhsil sisteminin beynəlmiləlləşməsindən danışaraq, bu istiqamətdə UNEC və Sakarya Universitetinin təcrübəsini bölüşüb.

Tədbirin moderatoru, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov UNEC-in elmi fəaliyyətində yeni idarəçilik modeli barədə təqdimatla çıxış edib. O, elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, tədqiqat universitetinə keçid, strateji hədəflər, UNEC-in nüfuzlu elmi nəşr platformalarındakı göstəricilərinin analitik təhlili, eləcə də qarşıdan duran vəzifələr barədə məlumat verib.

Konfrans öz işini panel diskussiyalarla davam etdirib.

Elm festivalı çərçivəsində UNEC Kitabxana İnformasiya Mərkəzi tərəfindən təşkil olunan kitab sərgisində ulu öndər Heydər Əliyev və müzəffər Ali Baş Komandan İlham Əliyevdən bəhs edən kitablar nümayiş olunub.

*

https://news.unec.edu.az/xeber/100-elm/9815-bold-red-unec-de-heyder-eliyev-ili-ne-hesr-olunan-elm-festivalina-start-verilib-bold-red

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno