Martın 16-da UNEC-in Biznes və menecment fakültəsində Novruz Bayramına həsr edilən interaktiv ekskursiya-dərs keçirilib. “Rus dili” kafedrasının baş müəllimi Suad Babayeva tələbələrin yüksək fəallıq nümayiş etdirdiyi interaktiv ekskursiya-dərsi İçərişəhərdə tədris edib. Dərs zamanı innovativ təlim metodlarından olan “beyin həmləsi” üsulundan istifadə edilərək, rus dilində təlim prosesinin fəallaşdırılmasına nail olunub.