UNEC-də konfrans: “Heydər Əliyevin Azərbaycan iqtisadiyyatına verdiyi töhfə”

10 MAY 2016 | VIEWS:
2159

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və Sənaye fakültəsinin Tələbə Elmi Cəmiyyətində (TEC) Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr edilən “Heydər Əliyevin Azərbaycan iqtisadiyyatına verdiyi töhfə” mövzusunda konfrans keçirilib.

Fakültə dekanı Asiman Quliyev və Sosial sferanın iqtisadiyyatı və idarə olunması kafedrasının müdiri Əli Əlirzayev Azərbaycan iqtisadiyyatının formalaşmasında və inkişaf etməsində Ulu öndərin əvəzsiz rolundan bəhs ediblər, tələbələrin tədqiqat bacarıqlarının formalaşmasında konfransın mühüm əhəmiyyətini vurğulayıblar.

Tələbələrin məruzələri dinlənildikdən sonra konfrans işini müzakirələrlə davam etdirib.

2160 1