UNEC-də Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və UNEC Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Səbail rayon gəncləri arasında intellekt yarışı keçirilib.
UNEC-in II kurs tələbəsi, layihə rəhbəri Arifə Abbasova Gənclər Fondunun tələbələrə göstərdiyi dəstəkdən danışaraq, gəncləri öz layihələrini fonda təqdim etməyi tövsiyyə edib.
Xüsusi hazırlanan test sualları vasitəsi ilə keçirilən yarışın məqsədi gənclərin dünyagörüşünün və intelekt səviyyəsinin müəyyənləşməsi, eyni zamanda gənclər arasında intellekt yarışlarına maraq yaratmaq, təlim və tədbirlərdə iştiraka təşviq etməkdir.
Sonda fərqlənən tələbələrə sertfikat təqdim edilib.