UNEC-də təkrar ali təhsil almaq istəyənlərin sayı artıb

31 OKTYABR 2016 | VIEWS:
2092

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təkrar ali təhsil alan tələbələrin sayı artıb. Belə ki, 2016/17-ci tədris ilində 46 nəfər UNEC-də təkrar ali təhsil alacaq. Onlardan 45-i qiyabi,1-i isə əyani əsaslarla təhsil formasını seçib.

Ötən tədris ilində UNEC-də təkrar ali təhsil almaq üçün qəbul olanların sayı 35, 2014/15-ci tədris ilində isə 21 nəfər olub.

Təkrar ali təhsil alan tələbələr əsasən, bu gün əmək bazarında daha aktual sayılan ixtisaslara üstünlük veriblər. 24 tələbə maliyyə, 6 tələbə dünya iqtisadiyyatı, 6 tələbə isə mühasibat uçotu və audit ixtisası üzrə təkrar ali təhsil alacaqlar.

Qeyd: UNEC-də əlavə təhsil kadrların yenidən hazırlanması və təkrar ali təhsil istiqamətləri üzrə həyata keçirilir. Əlavə təhsilin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilən “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” üzrə aparılır. Təkrar ali təhsilə qəbul 21 ixtisas üzrə aparılır, tədris müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə həyata keçirilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr dərəcəsi və ali təhsil haqqında diplom verilir.

2014-cü ildən UNEC-də əlavə təhsil və əcnəbi vətəndaşların universitetə qəbulu elektron qaydada aparılır.

2093 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna