UNEC tələbələri: “Narkomaniyaya yox deyək”

26 APREL 2016 | VIEWS:

Aprelin 26-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) gənclərdə sağlam həyat tərzinin təbliği və onların narkomaniyaya qarşı  mübarizədə maarifləndirilməsi məqsədilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova narkotiklərin insan orqanizminə, sağlamlığa vurduğu zərərlərdən, ümumilikdə cəmiyyətdə törətdiyi sosial bəlalardan danışıb və tələbələri narkomaniyaya qarşı mübarizədə fəal olmağa səsləyib.

Bakı şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polkovnik Zaur Fətəliyev narkotik vasitələrdən istifadənin insanlara, gənclərə vurduğu fiziki, maddi və mənəvi zərərlərdən danışıb. Narkomaniya və siqaret çəkmək kimi vərdişlərə yiyələnmənin mənfi təsirlərini diqqətə çatdıran Z.Fətəliyev,  narkotikin insan həyatını necə məhv etməsi haqqında tələbələri məlumatlandırıb.

Bakı şəhər 33-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Tuncay Abbasov narkomaniya ilə mübarizə, bu sahədə görülən işlər və statistik göstəriciləri təhlil edib. Narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, bu xəstəliyə düçar olan şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılmasının daim diqqət mərkəzində olduğunu vurğulayıb. T.Abbasov gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün onların mütaliəyə daha da çox vaxt ayırmalarını tövsiyə edib.

Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno