UNEC tələbələri üçün təlim keçirilib.
UNEC-in Karyera Mərkəzi ilə Norm MMC-nin birgə təşkilatçılığı ilə keçirilən təlim “Maliyyə hesabatlarının hazırlanması” mövzusunda olub. Təlimdə maliyyə hesabatlarının məqsədi, onun istifadəçiləri, elementləri və onun qiymətləndirilməsi mövzularından bəhs edilib.
Norm MMC-nin maliyyə direktoru Dünyamin Səfərəliyevin keçdiyi təlimdə UNEC-in tələbə və magistrləri iştirak edib. Sonda iştirakçılara sertifikat təqdim edilib.