UNEC-də “vergilər” mövzusunda IX ümumrespublika olimpiadası keçirilir

04 DEKABR 2015 | VIEWS:
1972

Dekabrın 4-də Vergilər Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan tələbəvə magistrantlararasında “Vergilər” mövzusunda IX ümumrespublika olimpiadası keçirilir. Olimpiadada ölkənin 14 ali məktəbindən 300-dək tələbə və magistrant iştirak edir.

Tədbirdən öncə iştirakçılar UNEC-in foyesində ucaldılan Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə iştirak edən UNEC rektoru, professor Ədalət Muradov IX ümumrespublika olimpiadasının iştirakçılarına uğurlar arzulayıb. Rektor, əmək bazarının tələblərinə cavab verən gənc kadrların hazırlanmasında Vergilər Nazirliyinin həyata keçirdiyi layihələrin mühüm rolu olduğunu bildirib.

Rektor qeyd edib ki, UNEC Webometrics beynəlxalq reytinq cədvəlində ilk dəfə olaraq dünyanın Top-5000 universiteti siyahısında yer alıbvə Azərbaycan universitetləri arasında I yerə layiq görülüb. “Amma bu göstərici bizi qane etmir. Hədəfimiz UNEC-i dünya səviyyəli universitetlər sırasında görməkdir” deyən rektor, bu məqsədə çatmaq üçün universitetimizin kifayət qədər potensialı olduğunu bildirib. Rektor Vergilər Nazirliyi ilə universitetarasındakı sıx əlaqələrdən söz açaraq, əməkdaşlıq çərçivəsində UNEC-in 10 ən yaxşıtələbəsininVergilər Nazirliyində işlə təmin olunacağını xüsusi qeyd edib.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən mükəmməl iqtisadi islahatlar nəticəsində ölkəmizin regionda və dünyada aparıcı dövlətlər səviyyəsinə qalxdığını diqqətə çatdırıb.Artıq 9-cu ildir ki, ali məktəb tələbələri və magistrantları böyük həvəslə bu olimpiadada iştirak edir. Olimpiada iştirakçılarının çoxu sonradan vergi orqanlarına işə qəbul üzrə test imtahanlarında yüksək nəticələr göstərərək, vergi orqanlarında işlə təmin olunurlar.

Test üsulu ilə təşkil olunan olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanan sualları kompüter vasitəsilə onlayn rejimdə cavablandıracaqlar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə qiymətləndiriləcək.

1973 2