UNEC-də xarici ticarət üzrə mütəxəssis hazırlığı təkmilləşdiriləcək

19 APREL 2017 | VIEWS:

UNEC-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsindən irəli gələn məsələlərə dair toplantı keçirilib.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi missiyasının ölkə iqtisadiyyatına verəcəyi faydalardan danışan rektor, professor Ədalət Muradov universitetin bu sahədə dövlət strategiyasına, Azərbaycan Prezidenti İlham Əliyevin qarşımıza qoyduğu hədəflərə və ixracyönümlü müəssisələrin sahibkarlarına universitet səviyyəsində dəstəyin göstəriləcəyini vurğulayıb.

Daha sonra müzakirələr aparılaraq, qeyri-neft ixracının stimullaşdırılmasına dair alimlərin mövqeyi dinlənilib, UNEC-də ixrac üzrə mütəxəssislərin hazırlanmasına dair təkliflər təhlil edilib. Toplantı iştirakçıları qeyri-neft məhsullarının ixracı istiqamətində fəaliyyətləri özündə cəmləşdirəcək mərkəzin yaradılması təklifini müsbət dəyərləndiriblər. “Ticarət və gömrük işinin təşkili” kafedrasının nəzdində fəaliyyət göstərcək mərkəzin əsas fəaliyyəti ölkədə neftdən kənar sahələrin inkişaf etdirilməsi, ixrac potensialının artırılmasına dəstək verəcək təkliflərlə çıxış etmək olacaq.

İqtisadiyyatın bu sahəsi üçün kadr hazırlığını təmin etmək məqsədilə universitetdə ixracyönümlü tədris planlarına yer ayrılması qeyd edilib. İxracatçılara universitetin metodiki dəstəyinin göstərilməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə əməkdaşlıq prinsiplərinin hazırlanması tapşırığı verilib. Dissertasiya işlərində ixrac mövzularına diqqətin artırılması məqsədi ilə verilən təkliflər müsbət dəyərləndirilib. Magistratura Mərkəzində, UNEC Biznes Məktəbində, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində bu sahə üzrə mütəxəssislərin hazırlanması, bunun üçün yeni ixtisasların yaradılması, İqtisadi Araşdırmalar Elmi-tədqiqat İnstitutunda genişmiqyaslı tədqiqatların aparılması, ixracatçı şirkətlərə dəstək məqsədi ilə beynəlxalq bazarların araşdırılması işinin təşkili ilə bağlı qərarlar verilib. Ə.Muradovun göstərişi ilə ixracatçılara dəstək formasına xarici bazarların araşdırılmasında həmin ölkələrin nüfuzlu ali məktəblərinin məzunu olmuş UNEC müəllimlərinin, eyni zamanda ikili diplom proqramları əsasında xarici universitetlərdə tədrisini davam etdirən  tələbələrin də cəlb edilməsi nəzərdə tutulub.

Tədbirin sonunda ixracatçı şirkətlərin universitetə dəvət edilərək dəyirmi masaların keçirilməsi  qərara alınıb.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol