UNEC-də yeni təlimlər: “Nəzəriyyə və praktika”

29 MAY 2016 | VIEWS:
2507

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Türk Dünyası İşlətmə Fakültəsi Məzunları ilə təlimlər” adlı layihəyə start verilib. Layihənin məqsədi UNEC tələbələrinə Türk Dünyası İşlətmə fakültəsində tədris olunan dərslərdən qazandıqları nəzəri bilikləri verilən praktiki məlumatlarla bir araya gətirərək, bilikləri zənginləşdirmək imkanı yaratmaq, onları güclü rəqabətin hakim olduğu iş dünyasında müəyyən mövqeyə yiyələndirməkdən ibarətdir.
Layihə çərçivəsində ilk olaraq “Büdcə təşkilatlarında ilkin mühasibat ucotu” və “Özəl sektorun ilkin mühasibat uçotunun aparılması” mövzusunda təlim keçirilib. Təlimlər “Bakı Konsaltinq Qrup”un baş mühasibi Tural Davidov və “Sinam” şirkətinin maliyyə departamentinin əməkdaşı Tural Sevdimalıyev tərəfindən aparılıb. Təlimlərdə milli mühasibat uçotu standartlarına əsaslanan prinsiplərdən, maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətlərinin zəruriliyindən, maliyyə hesabatlarının aparılması qaydalarından, ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydalarından bəhs edilib.
Təlimlərdə iştirakçılara fərdi strategiya planlama üsulları, hədəflərin müəyyən edilməsi, effektivlik üçün qazanılmalı olan 7 vərdiş, mükəmməl məhsuldarlığın 5 seçimi, iş axtarış qaydaları, marketinqdə kommunikasiya metodları, özəl şirkətlərdə marketinqin idarə olunması prinsipləri, fərdi marketinq və yeni marketinq sahələrilə bağlı ətraflı məlumat verilib.

“Türk Dünyası İşlətmə Fakültəsi Məzunları ilə təlimlər”in hər həftə keçirilməsi nəzərdə nəzərdə tutulub.

2508 1