UNEC-də Yunus Sosial Biznes Mərkəzi yaradılıb

21 İYUN 2016 | VIEWS:

İyunun 21-də Nobel Sülh Mükafatı Laureatı, professor Məhəmməd Yunus Bakıya səfəri çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Nüfuzlu ictimai xadim, sosial biznes və “mikrokreditin atası” adlandırılan Məhəmməd Yunus UNEC ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə keçirilən “Sosial biznes – inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransa qatılıb. Tədbirdə Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, millət vəkilləri, universitet rəhbərləri və 9 ölkənin nümayəndə heyəti iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus haqqında iştirakçılara məlumat verib. Bildirib ki, M.Yunus Banqladeşdə yerləşən “Gramen Bankı” və 50-dən çox şirkətin qurucusudur. Ona davamlı yenilikləri və təşəbbüskarlıq fəaliyyətinə görə “Fortune” jurnalı 2012-ci ildə “Zəmanəmizin ən böyük təşəbbüskarlarından biri” adını verib. 2006-ci ildə Məhəmməd Yunus və “Gramen Bankı” birgə Nobel sülh mükafatına layiq görülüb.

Rektor M.Yunusun tədqiqatının əhəmiyyətindən danışıb: “M.Yunus qlobal iqtisadiyyatda mövcud olan problemlərin həllinə alternativ yanaşma metodunu təqdim edib. Bu təklif kapital xərclərini azaldır, əhalinin sosial rifahını yaxşılaşdırmaqla yanaşı, qlobal iqtisadiyyatda sivilizasiyanın yaratdığı problemlərin həllini prioritet olaraq ön plana çəkir”.

Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov dünyada baş verən iqtisadi proseslərin, neftin qiymətinin dəyişkənliyinin, milli valyutaların sərbəst buraxılması, digər siyasi və iqtisadi proseslərin Azərbaycana da təsirsiz ötüşmədiyini bildirib: “Ancaq aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental dəyərini qorumaqdadır”. Sosial rifahın yüksəlməsi Azərbaycan iqtisadiyyatının əsas xəttidir, deyə bildirən N.Əmirov ölkədə insan potensialının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilməli olduğunu qeyd edib.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda  çox qısa zamanda aşağı gəlirli iqtisadiyyatdan orta gəlirli iqtisadiyyata keçid edildiyini vurğulayıb: “İlk planda hər zaman insan kapitalı durur. Təhsil sisteminin insan kapitalının formalaşdırılmasında xüsusi rolu olub. Ölkədə ümumtəhsil müəssisələrinin 70 faizindən çoxunun əsaslı şəkildə təmiri və ya tikilməsi, eləcə də dövlət hesabına xaricdə təhsilin genişləndirilməsi kimi tədbirlər əhəmiyyət kəsb edir. Sosial biznesin kökündə gəlir əldə etmək dayanmamalıdır”. Əmək bazarı üçün kadr hazırlığında ali təhsil müəssisələrinin rolunun danılmaz olduğunu bildirən nazir, tələbələr arasında yeni təfəkkürlü yanaşmalarda sosial biznes baxımından inkişafın olmasını müsbət qiymətləndirib: “Sosial biznes fəlsəfəsi cəmiyyəti bütöv və harmonik məfhum kimi görür”.

Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus “Sosial biznes – inkişafa gedən yol” mövzusunda mühazirə ilə çıxış edib. Bildirib ki, bank sahəsində fəaliyyətə başlayanda fikirlərinə görə bəzi insanlar ona çılğın kimi yanaşıblar: “Biz bank sahəsində fəaliyyətə başlamaqla bütün ənənəvi bank prinsiplərini kökündən dəyişdik. Sən nə qədər varlısansa, bank üçün bir o qədər cəlbedicisən. Amma biz kasıb insanlar üçün çalışmaǧa başladıq. Bizim müştərimiz olmaq üçün sən sadəcə heç nəyinin olmadığını, kasıb olduğunu sübut etməlisən. Ənənəvi banklar daha çox kişi müştərilərlə işləyir. Bizim 8,5 milyon müştərimizin isə 97%-i qadındır. Bankın Banqladeşin 80 min kəndində filialı fəaliyyət göstərir”. M.Yunus dünyanın maliyyə sisteminın yanlış qurulduğunu da diqqətə çatdırıb: “Bütün banklar qapısını qadınların, xüsusilə də kasıb qadınların üzünə baǧlayır. Bu isə məntiqsizdir. Kasıb olmaq insanın günahı deyil. Banklar nəyəsə görə düşünür ki, kasıb müştərilər xəstə olur və bank borcunu ödəmədən öləcəklər. Ancaq bizdə müştərilərin saǧlamlıǧı sıǧortalanır. Biz bir bank olaraq gəlir əldə etmirik, mənfəət güdmürük, əksinə, insanların problemlərinin həlli üçün çalışırıq”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev “Yoxsulluğun azaldılmasında özünüməşğulluq tədbirlərinin rolu” mövzusundakı çıxışında bildirib ki, Azərbaycanda aparılan sosial siyasətin əsas hədəflərindən biri də aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidin təmin edilməsidir. Nazir müavini görülən işlərin sosial rifah göstəricilərinin yüksəlməsinə, habelə işsizlik səviyyəsinin təxminən 5 faizə, yoxsulluq səviyyəsinin 4,9 faizədək azalmasına səbəb olduğunu qeyd edib: “Həyata keçirilən sosial siyasət cəmiyyətimizin bütün həlqələrini sosial biznesin yaradılmasına təşviq edir”.

Konfrans müzakirələrlə davam edib. Sonra rektor Ə.Muradov professor M.Yunusa UNEC-in Fəxri doktoru diplomunu təqdim edib.

Konfrans çərçivəsində regionda ilk dəfə olaraq, UNEC-də yaradılan Yunus Sosial Biznes Mərkəzinin (YSBM) açılışı olub. Mərkəzdə UNEC, Yunus Mərkəzi və BAMF arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənəddə tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişafı, yoxsulluğun aradan qaldırılmasında professor M.Yunusun fikirlərinin tanınması, Sosial Biznes konsepsiyasının həyata keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, UNEC YSBM sosial biznes ideyasını təşviq etmək məqsədilə tələbə və könüllülərin inkişaf etməkdə olan ölkələrdəki kasıbların iqtisadi inkişafını təmin edən proqram və metodların ilkin mənbədən öyrənilməsi üçün tədris səfərlərini təşkil edəcək. Eyni zamanda, UNEC YSBM Azərbaycanda və regionda sosial biznes ideyasının inkişafını dəstəkləmək üçün akademik görüşlər, seminar, diskussiya və tədqiqatlar keçirəcək. Sosial biznes ideyalarınıın yayılması istiqamətində vətəndaş cəmiyyəti qurumları, mikromaliyyə təsisatları və biznes strukturları YSBM-nin fəaliyyətinin uğurlu təşkilinə cəlb olunacaq. Mərkəz, həmçinin sosial biznes dizayn laboratoriyaları yaratmaqla bərabər, tələbə mübadilə proqramları, akademik debatlar, təcrübə proqramları, eləcə də könüllü fəaliyyətlər həyata keçirəcək. Mərkəzin rəhbəri UNEC-in müəllim heyəti arasından seçiləcək.

Sonda Nobel Sülh Mükafatı Laureatı Məhəmməd YunusYSBM-dətədbir iştirakçıları üçün Azərbaycan dilinə tərcümə edilən “Kasıbların bankiri” (The Banker to the Poor) kitabını imzalayıb.

Məhəmməd Yunus haqqında:

Professor Məhəmməd Yunus və onun rəhbərlik etdiyi Qramen Bankı 2006-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb. M.Yunus “Wharton” Biznes Məktəbinin “Son 25 ilin ən nüfuzlu biznes adamları” siyahısında 25-ci yerdədir. Daim yenilik axtardığına və səmərəli sahibkarlıq fəaliyyətinə görə “Fortune” jurnalı Məhəmməd Yunusu 2012-ci ilin mart ayında “Dövrümüzün 12 dahi sahibkarları” siyahısında 12-ci yerə layiq görüb. “AsiaWeek” (Honk Konq) təşkilatı isə onu iyirmi dahi asiyalıdan biri kimi seçib. 2008-ci ildə Böyük Britaniyanın “Prospect” jurnalı və ABŞ-ın “Foreign Policy” jurnalı tərəfindən keçirilmiş açıq onlayn səsvermədə, “Top 100 intellektual şəxslər” siyahısında Məhəmməd Yunus dünyanın ikinci ən intellektual adamı seçilib. M.Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatı, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını alan yeddi şəxsdən biridir.

Yunus Mərkəzi haqqında:

Dəkkə Yunus Mərkəzi Banqladeş, yoxsulluğun azaldılması və davamlı inkişaf sahəsində fəaliyyət göstərən sosial biznes mərkəzidir. Mərkəz əsasən sosial biznesə əsaslanan professor M.Yunusun fəlsəfəsini təbliğ etmək və paylaşmaq üçün yaradılıb.

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol