Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Səsli Kitabxana” layihəsinə start verilib. Radio UNEC-lə “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi görmə məhdudiyyətli gənclərin təhsilə və mütaliəyə cəlb etməkdir.
Layihə çərçivəsində Respublika Gözdən Əlillər Kitabxanasının nümayəndə heyəti ilə layihə təşkilarçılarının görüşü keçirilib. Görüşdə layihənin rəhbəri UNEC-in Əsaslı Kitabxanasının əməkdaşı Arzu Məmmədova qonaqlara “Səsli Kitabxana” haqqında ətraflı məlumat verib. Bildirib ki, UNEC tələbələri Respublika Gözdən Əlillər Kitabxanasının Audiokitablar fondunun artırılmasına yardım göstərmək və bu kitabxananın müxtəlif yaşlı oxucu-istifadəçilərini ən yeni ədəbiyyatla məlumatlandırmaq, zövqlü auditoriyanın tərbiyə olunmasında kitabxanaçılara yardım göstərmək istəyirlər.
*
Sonra layihə çərçivəsində səsləndiriləcək kitabların siyahısı müzakirə olunub. Nümayəndə heyəti könüllü “tələbə-diktor”lara tövsiyələrini veriblər.