UNEC-in “Qida məhsulları texnologiyası” kafedrasının dosenti Elza Omarova Belarus Respublikasında keçirilən XI Beynəlxalq elmi-texniki konfransda iştirak edib.
Belarus Mogilyov Ərzaq Universitetində keçirilən konfrans “Qida məhsullarının texnologiyası və texnikası” mövzusunda olub.
Konfransda sahələr üzrə elmi-tədqiqat işləri, o cümlədən müxtəlif qida məhsullarının texnoloji tərkib xüsusiyyətlərinin tədqiqi, texnoloji proseslərin istehsal texnologiyasının təkmilləşdirilməsi, qida məhsullarının yeni texnologiyalarının işlənilməsi, rasional qida problemi, qida məhsullarının bioloji dəyərliliyi və onun artırılması yolları müzakirə olunub.
UNEC dosenti beynəlxalq konfransda “Giləmeyvə cecəsindən alınan pereparatın zefir kütləsindən davamlı köpükəmələgətirmə xüsusiyyətləri”, “Çiy və bişmiş tərəvəzlərdə hüceyrə divarında protopektin kompleksinin xüsusiyyətləri”, “Bəzi qida məhsullarında mikrobiotaların tədqiqi” mövzularında çıxış edib.
Rusiyanın, MDB ölkələrinin və Avropanın nüfuzlu ali təhsil ocaqlarının, elmi tədqiqat institutlarının alimlərinin təmsil olunduğu beynəlxalq konfransda Elza Omarova xüsusi diploma layiq görülüb.