UNEC eksperti: Strateji Yol Xəritəsi postneft dövrünün inkişaf modelini yaradır

10 FEVRAL 2017 | VIEWS:
2697

AZƏRTAC

Sənaye inqilabı dövründən ağır sənaye və maşınqayırma sənaye strukturunda dominant mövqeyə sahibdir. Postneft mərhələsində innovativ inkişaf modeli zərurətə çevrilib. Hazırda ağır sənaye və maşınqayırma sektoru yeni sənaye inqilabı ərəfəsindədir və bu sahələrin inkişafının Azərbaycan üçün strateji əhəmiyyəti böyükdür.

Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəssisənin iqtisadiyyatı kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent Əli Hacıyev AZƏRTAC-a bildirib.

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda, “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıda duran məqsəd və vəzifələrin müasir dövrdə qloballaşan dünyada baş verən proseslərin nəzərə alınması ilə keyfiyyətcə yeni miqyasda və dolğunluqla həyata keçirilməsinə yönələn bir sənəddir.

Dünyada davam edən iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq, sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvü bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması prioritetləri strateji yol xəritəsində əksini tapıb.

Bu mühüm sənədin tətbiqi yüksək texnoloji inkişafa və iqtisadiyyatın optimal strukturuna əsaslanan güclü rəqabətqabiliyyətli, inklüziv iqtisadiyyat qurmağı nəzərdə tutur, xərclərin struktur elementlərinin optimallaşdırılmasının təmin edilməsinə şərait yaradır. Bununla da, səmərəliliyə əsaslanan inkişaf modelindən, ixraca üstünlük verilən yeni iqtisadi innovativ inkişaf modelinə keçidin təmin edilməsi məqsədini daşıyır. Bu model postneft dövrünün inkişafı modelidir, deyə ekspert bildirib.

Azərbaycan iqtisadiyyatının innovasiya əsaslı modelə keçidi əhalinin adambaşına düşən real gəlirlərini ildə təxminən 5 faiz artırır və ölkəmiz Dünya Bankının təsnifatına görə, əsasən “yüksək gəlirli ölkə” statusu qazanır.

Bu inkişaf prosesləri nəticəsində 2025-ci ildən sonrakı dövrdə adambaşına düşən gəlir səviyyəsinə görə Azərbaycan Şərqi Avropa ölkələrinin səviyyəsinə yaxınlaşacaq. Hədəf baxış kimi sosial rifah halının yaxşılaşdırılması və insan inkişafı indeksinin ən yüksək həddə çatdırılmasını təmin edən, yüksək texnoloji inkişafa və iqtisadiyyatın optimal strukturuna əsaslanan güclü rəqabətqabiliyyətli inklüziv iqtisadiyyat qurulması baş verir. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq maliyyə və iqtisadi böhran şəraitində öz inkişafının dinamizmini qoruyub saxlayıb. Son illərdə neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, sənaye potensialımızda artım olub, (0.2 faiz) müsbət meyil saxlanılıb.

2016-ci ildə ölkəmizin qeyri-neft sənayesi 5 faiz artıb. İl ərzində 100 mindən çox daimi iş yeri yaradılıb, 147 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə ağır sənaye və maşınqayırmanın inkişafı başlıca istiqamətlərdən biri kimi nəzərdə tutulub. Bu onunla əlaqədardır ki, Azərbaycan sənayenin inkişafı üçün əlverişli imkanlara malikdir. Azərbaycanda sənayenin iqtisadiyyatdakı xüsusi çəkisi dünya üzrə orta göstəricini 30 faiz və ya üçdəbiri qədər üstələyir. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının məlumatına görə, Azərbaycan Avropada sənayenin ümumi daxili məhsuldakı payına görə ilk yerlərdə olub. Əgər sənaye yüksəlişinin birinci mərhələsi karbohidrogen resurslarına əsaslanırsa, indiki mərhələdə inkişaf iqtisadi səmərəlilik üzərində qurulmalıdır. Azərbaycanda yeni sənayeləşmə dövrü başlanıb. Bu mərhələnin əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativlik və ətraf mühitin qorunması, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin və sənaye ixracının artırılması və yeni iş yerlərinin açılmasıdır. Bunun üçün institusional mühit və makroiqtisadi şərait, dünya iqtisadiyyatında inkişaf təmayüllərinin saxlanılması zəruridir.

2016-2020-ci illər ərzində Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırma sahəsində hədəflər müəyyən edilib: mövcud aktivlərin optimallaşdırılması; rəqabətə davamlı sektorun yaradılması; maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi. Bu hədəflərə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 1 milyard 560 milyon manatadək artacağı, 7700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.

2020-ci ilədək strateji baxış ağır sənaye və maşınqayırma müəssisələrinin daxili iri istehlakçıların ehtiyaclarının daha böyük hissəsini ödəmələrinə nail olmaq, regional bazarda Azərbaycanda məhsullarının payını artırmaqdır.

2025-ci ilədək uzunmüddətli baxış ölkə müəssisələrinin regional baxımdan tam rəqabətqabiliyyətli vəziyyətə gətirilməsi və Azərbaycan Respublikasının regionun ağır sənaye və maşınqayırma mərkəzinə çevrilməsidir.

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanın ağır sənaye və maşınqayırma müəssisələrinin qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilərək yüksək dəyər məhsulları seqmentində məşhur brendlərin istehsalında iştirak etməsinə və Azərbaycandan qonşu ölkələrə texniki bilik, “nou-hau”, səmərəli istehsal və idarəetmə metodları ixracına nail olmaqdır. Göstərilən hədəf baxışların həyata keçirilməsi ağır sənaye və maşınqayırma sahəsində aralıq və son məhsulların istehsalı və idxalının yerli məhsulla əvəzlənməsinə, qara metallurgiya kompleksindən tam həcmdə istifadə edilməsinə imkan verəcək.

Əlvan metallurgiyanın inkişaf etdirilməsi tədbirləri 2020-ci ildə real ÜDM-in 1 milyard manat artmasına, qara metallurgiyanın yerli xammal bazasına tam istifadənin təmin olunmasına şərait yaradacaq.

2698 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna