UNEC elmi jurnalı beynəlxalq indekslərdə yer alıb

31 AVQUST 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi jurnalı “The Journal of Economoc Sciences: Theory and Practice”  Norveç Tədqiqat  Məlumat Mərkəzi tərəfindən idarəedilən Humanitar və Sosial Elmlər üzrə Avropa İstinad İndeksinə düşüb. Norveç Tədqiqat  Məlumat Mərkəzi UNEC-in elmi jurnalını müəyyən edilən meyarlar əsasında elmi jurnal kimi təsdiq edib. Bu indeks 2014-cü ilin yanvar ayından Avropa Elmi Fondu tərəfindən Norveç Tədqiqat Məlumat Mərkəzinə verilib. Jurnalın bütün sayları https://dbh.nsd.uib.no/publiseringskanaler/erihplus/periodical/info.action?id=489216  linkində yerləşdirilib.

Bundan başqa, UNEC elmi jurnalı Amerikanın nüfuzlu Academic Keys (http://socialsciences.academickeys.com/jour_main.php), CiteFactor, J-Gate, Open Academic Journals Index  (OAJI), International Institute of Organized Research portallarında da indeksə edilib.

QEYD: CiteFactor dünyanın əsas beynəlxalq dərəcəli jurnallarında çap edilən elmi tutumlu məqalələri indeksə edir. İndeksin məqsədi jurnala baxış sayını artırmaq və açıq jurnallara daxil olmanı sadələşdirməkdir. Jurnal CiteFactor indeksində olarsa, onda jurnalın təsir faktoru hesablanır. (http://www.citefactor.org/search/keywords/journals/the+journal+of+economics+sciences%3A+theory+and+practice)

J-Gate elektron kitabxanası elmi jurnalların aparıcı portalıdır. 2001-ci ildə  Informatics India Limited tərəfindən həyata keçirilən J-Gate indeksi 12,932 nəşriyyat müəssisəsi tərəfindən çap edilən milyonlarla elektron jurnala giriş imkanı verir. 46,019 elektron jurnal portalda indeksə olunub.

Open Academic Journals Index (OAJI) açıq elmi jurnalların verilənlər bazasıdır. İndeksin əsası Rusiyada yerləşən Fundamental və Tətbiqi Tədqiqat üzrə Beynəlxalq Şəbəkə Mərkəzi (International Network Center for Fundamental and Applied Research) tərəfindən qoyulub. Bu indeksin missiyası açıq elmi jurnallar üçün beynəlxalq platformanı inkişaf etdirməkdir. Bazada olan jurnalların təsir faktoru həftəlik hesablanır və ictimaiyyətə təqdim olunur.   (http://oaji.net/journal-detail.html?number=3495)

International Institute of Organized Research (I2OR) əsas beynəlxalq jurnalların və tədqiqat materiallarının indeksə edilməsini təmin edir və impact faktorunu hesablayır. İndeksin əsas məqsədi açıq elmi jurnallara girişin yüksəldilməsidir.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna