Xocalı soyqırımının 25 illiyi ərəfəsində Almaniyanın SEVDA – Pflegediens GmbH xeyriyyə təşkilatının dəstəyi ilə “Xocalı günü” filmi çəkilib. Almaniyalı kinematoqrafçıların hazırladığı film əsasən Bakıda çəkilib və xronikadan istifadə olunub. Filmdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, UNEC-in iqtisadı məsələlər üzrə prorektoru, Qarabağ qazisi Mikayıl Zeynalov, “Azərbaycan Bayrağı” ordeni kavaleri İbad Hüseynov və soyqırımı zamanı işgəncələrə məruz qalan Xocalı sakinləri çəkiliblər. UNEC-in Yaradıcılıq Mərkəzinin rəhbəri Elman Cəfərov filmdə təqdimatçı rolunda çıxış edib.
Filmin çəkilməsində məqsəd xalqımıza qarşı törədilən soyqırımları bir daha Avropa vətəndaşlarına çatdırmaqdır. Almaniyalı telefilm mütəxəssislərinin istehsal etdiyi film Avropa İttifaqının almandilli ölkələrində və Rusiyanın bir neçə şəhərinmdə nümayiş etdirilib. 31 mart- azərbaycanlıların soyqırımı günündə filmin Avropanın müxtəlif şəhərlərində nümayiş etdirilməsi planlaşdırılıb.
Filmin ssenari müəllifi Azərbaycan vətəndaşı, prezident təqaüdçüsü Vüsal Nurudur.