“UNEC İKT-dən uğurla istifadə edir”

01 DEKABR 2017 | VIEWS:
2182

UNEC-də İKT sahəsində təkmilləşdirmə kursları təşkil edilib.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyində müvafiq Strateji Plan təsdiq edilib. Sənədin icrası məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində “Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı (2017-2020-ci illər üçün)”na təsdiqlənib.

UNEC-in Strateji Planına əsasən, İKT sahəsində bilik və bacarıqların artırılması məqsədilə təkmilləşdirmə kursları təşkil edilib.

İki gün davam edən kurslarda “İnformatika”“İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedraları, Elektron İdarəetməDistant, Qiyabi və Əlavə Təhsil Mərkəzlərinin və Elektron Universitet şöbəsinin əməkdaşları iştirak edib.

“Ultra Technologies” Şirkətinin mütəxəssisləri UNEC-də tətbiq edilən Elektron Universitet Modelini nümunə göstərərək, bu ali təhsil ocağının İKT-dən uğurla istifadə edən universitet olduğunu bildiriblər.

İnformasiya texnologiyalarının dünyada çox sürətlə inkişaf edən sahə olduğuna diqqət çəkən mütəxəssislər, bu istiqamətdə biliklərin mütəmadi yenilənməsinə ehtiyac duyulduğunu bildiriblər. Onlar İKT sahəsindəki müasir tendensiyalardan bəhs edərək, dünyada istifadə edilən ən müasir tədris texnologiyalarından söz açıblar.

2183 1