UNEC-in Tələbə Gənclər Təşkilatının (TGT) və ADA Universitetinin “MasterMindsClub”unun birgə təşkilatçılığı ilə rəsm sərgisi keçirilib.
ADA Universitetində təşkil olunan sərgidə UNEC-lə birlikdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də iştirak edib. Sərgidə UNEC-i Texnologiya və dizayn fakültəsində dizayn ixtisası üzrə təhsil alan tələbələr təmsil edib. Tələbələrin yağlı, akvarel boyalarla, eləcə də muncuqlarla işlənmiş əl işlərindən ibarət rəsmləri nümayiş olunub.
Sərgiyə baxış keçirən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev UNEC tələbələrinin əl işlərini yüksək qiymətləndirərək, belə istedadlı və bacarıqlı tələbələrlə tanışlıqdan məmnunluğunu bildirib.
3 gün davam edən sərgidə UNEC stendi daha çox marağa səbəb olub.