UNEC-in gənc müəllimi

29 SENTYABR 2015 | VIEWS:
4854

fariz_foto

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) insan resurslarının müasirləşdirilməsi istiqamətində yeniliklər davam edir. Bu günlərdə başa çatan “Gənc müəllimlər” layihəsi çərçivəsində 10 nəfər gənc müəllim UNEC-də fəaliyyətə başlayıb. Seçim zamanı xarici dil bilikləri olan, kreativ düşüncəli, xaricdə təhsil alan və təcrübə keçən gənclərə üstünlük verilib.

UNEC-də, ümumilikdə, son bir il ərzində fəaliyyətə başlayan Amerika, Avropa və Kanada  universitetlərinin  məzunlarının sayı 68 nəfərdir.

Onlardan biri  də Fariz Quliyevdir.

Fariz Quliyev 2001-ci ildə Bakı şəhərində Nizami rayonu 5 saylı kimya-biolo­gi­ya təmayüllü respublika baza liseyini bitirib. Elə həmin il 663 balla Azərbaycan Dövlət İqti­sad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub. Əldə etdiyi nəticəyə görə TQDK sədri tərəfindən təşəkkür məktubu alıb. Ümummilli Lider Heydər Əliyevin tələbələrlə görüşündə Fariz Quliyev də iştirak edib. 2005-ci ildə UNEC-in Xüsusi İstedadlar Qrupunu fərqlənmə ilə bitirib.

Tbilisi Dövlət Universitetində “Qaf­qaz regionunun iqtisadi inkişafında neft və qaz resurslarının rolu” mövzusunda çıxışına görə diplomla təltif olunub.

2005-2007-ci illərdə Roçester Texnologiya İnstitutunda (Nyu York, ABŞ) biznes təhsili alıb və tələbəlik müddətində aktiv ictimai fəaliyyət göstərib. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və dövlət nümayəndələrinin ABŞ-a rəsmi səfəri zamanı Vaşinqtonda Ticarət Palatasının nümayəndəsi qismində işin təşkil edilməsi prosesində işti­rak edib.

2008-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin  Xarici Əlaqələr şöbəsində Beynəlxalq İqtisadi Təşkilatlarla Əməkdaşlıq sektorunun mütəxəssisi vəzifə­sində çalışıb. Fəaliyyəti zamanı beynəlxalq iqtisadi təşkilatların texniki yardım layihələrinin nəticələrinə nəzarət istiqamətində araşdırmalar aparıb. İsrail və Suriya prezidentlərinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı təşkilatçılıq fəaliyyətinə görə İqtisadiyyat və sənaye naziri tərəfindən təşəkkürnamə alıb.

2009-2011-ci illərdə Fariz Quliyev ixtisası üzrə fəaliyyətini davam etdirməklə ABŞ-da yer­ləşən Ernst &Young LLP müstəqil maliyyə auditi təşkilatının Bakı ofisində bank və müəssisələrin tam maliyyə auditini həyata keçirib. Mərkəzi Bank, Dövlət Neft Şirkəti və digər ictimai əhəmiyyətli müəssisə və bankların maliyyə audit layihə­lə­rin­də iştirak edib.

2011-2013-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə Kanadanın Alberta Universitetində Təbii Resurslar, Enerji və Ətraf Mühitin idarə edilməsi üzrə MBA təhsili alıb.

2014-cü ilin may ayın­da “The Journal of Economics: Theory and Practice” elmi jurnalında ingilis dilində “Ekoloji öh­də­­liklərin yerinə yetirilməsi üzrə maliyyə instrumentlərinin iqtisadiyyatı və onların Şimali Ame­ri­kada neft gəlirlərinə təsiri” mövzusunda məqaləsi dərc edilib. Məqalə neft, qaz və digər sə­na­ye sahələrində həyata keçirilən beynəlxalq konsorsium layihələrində fəaliyyət göstərən operatorların növbəti onilliklərdə ekoloji öhdəliklərinin yerinə yetirilməsi və büdcə daxilolmalarına təsiri problemlərini əhatə edir.

Fariz Quliyev 2014-cü ilin avqust ayından Azərbaycan Dövlət İqtisad Universi­tetinin MBA Departamentində tədris işləri və layihələr üzrə direktor müavini vəzifəsində çalışır. ABŞ-ın Audit İnstitutunun (AİCPA) auditor (Certified Public Accountant) lisenzi­ya­sı üzrə ixtisaslaşır.

Amerika, Kanada və Avropa təcrübəsinə və günün tələblərinə uyğun yeni tədris proqramı hazırlayaraq və MBA Departamentində tətbiq edib. O, optimal təhsilin res­publikanın iqtisadi və siyasi maraqlarına cavab verən ən prioritet məsələ olduğunu əsas götü­rərək səylə çalışmağı davam etdirir.

4855 2