UNEC-in Keyfiyyət Şurasının ilk iclası keçirilib

18 NOYABR 2015 | VIEWS:
2297

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Özünü qiymətləndirmə və Keyfiyyətin Yüksəldilməsi” şurasının 1-ci iclası keçirilib.

UNEC rektoru, professor Ədalət Muradov keyfiyyət üzrə daimi komissiyanın yaradılmasının məqsədlərini açıqlayıb. Qeyd edib ki, tədrisin keyfiyyətinin artırılması UNEC-in prioritet istiqamətlərin- dəndir.

İclasın gündəliyinə uyğun olaraq, dərslərin boş keçməsi və əvəz olunmasına qarşı nəzarətin gücləndirilməsi barədə təklif layihəsi müzakirəyə çıxarılıb. Tədbirdə  keyfiyyət elçilərinin təhkim  olunduqları fakültələrdə dərs prosesində iştirakları ilə bağlı məlumat verilib. Bildirilib ki, aparılacaq monitorinqlər tədris prosesinin mövcud vəziyyətini dəyərləndirməyə xidmət edəcək. Əlavə olunub ki, şura heyəti müəllimlərin tələbələrə təqdim etdiyi dərs materiallarının diaqnostikasını da həyata keçirəcək. Tədris proqramlarının aktuallığını təhlil etmək məqsədilə dövlət qurumları və nüfuzlu ekspertlərlə davamlı işlər aparılacaq. Rektor vurğulayıb ki, tələbələrə verilən biliklər əsasən praktiki və tətbiq edilə bilən olmalıdır.

Tədbirdə professorların nümunəvi mühazirə və məşğələlər keçmələri ilə bağlı təkliflər səsləndirilib.

Keyfiyyət elçilərinin fəaliyyəti müzakirə edilərkən qeyd edilib ki, gənc müəllimlərə daha çox diqqət ayrılmalıdır. Elçilər müəllimlərin dərs prosesini izləməli və yeni təkliflərlə çıxış etməlidirlər.

Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti və Xəzər Universitetlərinin müəllimlərinin qarşılıqlı mübadilə formasında dərs prosesində iştirakının yaxın zamanda reallaşdırılacağı xüsusi vurğulanıb.

Şurada UNEC-in Tələbə Elmi Cəmiyyətinin sədrinin gənc və perspektivli müəllimin seçilməsi təklifi irəli sürülüb.

“Özünüqiymətləndirmə və Keyfiyyətin Yüksəldilməsi” şurasının növbəti iclasında keyfiyyət elçiləri ilə müzakirələr aparılacaq.

2298 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno