UNEC-in professor-müəllim və tələbələri cəbhə bölgəsində

15 İYUL 2015 | VIEWS:
2663

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələri gündən-günə genişlənir. Nazirliklər, idarə-müəssisələr, yerli icra hakimiyyəti orqanları və qeyri hökumət təşkilatları ilə birgə təşkil edilən kütləvi vətənpərvərlik mərasimləri ordu ilə xalqın monolit birliyinin nümayişinə çevrilir və bu kimi silsilə tədbirlər gənclərin orduya hazırlanması, onların hərbi ənənələr əsasında vətənpərvərlik tərbiyəsi və Silahlı Qüvvələr şəxsi heyətinin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. 
Azərbaycan Dövlət İqtisad Universitetinin rektorluğu, professor-müəllim və tələbə heyəti Silahlı Qüvvələrin şəxsi heyəti ilə daim əlaqə saxlayır. Bir neçə ay öncə universitetdə cəbhə bölgələrindən dəvət edilmiş döyüş və mənəvi-psixoloji hazırlıq əlaçıları ilə görüş keçirilmiş, ön səngərdə əsgəri borclarını şərəf və vicdanla yerinə yetirdiklərinə və xidmətdə fərqləndiklərinə görə onlar bu təhsil ocağının xüsusi hədiyyələri ilə mükafatlandırılmışlar. 
Bir həftə öncə universitetin rektoru, professor Ədalət Muradov Müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət edərək bir qrup professor-müəllim və tələbənin düşmənlə təmas xəttində xidmət keçən hərbi qulluqçularla görüşmək, problem və qayğıları ilə maraqlanmaq, onlara mənəvi dayaq olmaq arzusunda olduqlarını bildirmişdir. Rektorun müraciəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən razılıqla qarşılanmış və onlara istənilən bölgələrə getmələri üçün şərait yaradılmışdır. 
Artıq professor Ədalət Muradovun rəhbərlik etdiyi Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup professor-müəllim və tələbəsinin cəbhə bölgələrinə səfəri başa çatıb. 
Bir həftə davam edən səfər zamanı onlar Goranboy, Göygöl, Gədəbəy, Tovuz, Qazax və digər bölgələrdə olmuş, şəxsi heyətlə görüşmüş, onların xidmət şəraitləri ilə tanış olmuş, hərbi qulluqçuların problem və qayğıları ilə maraqlanmışlar.
Dəniz səviyyəsindən 3 min metrdən çox yüksəkliklərdə olan zirvələrdə Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanan, düşmən kəşfiyyat-təxribat qruplarının qarşısını mərdliklə alan, hər gün atəşkəs rejimini bir neçə dəfə pozan Ermənistan silahlı bölmələrinin vaxtında layiqli cavabını verən əsgər və zabitlərlə görüşlər onların Azərbaycan ordusuna və qələbəyə inamını daha da artırıb.
Professor Ədalət Muradov deyir: “Mən memarı xalqımızın ümummilli lideri Heydər Əliyev olan və ulu öndərimizin ordu quruculuğu siyasətini prezident kimi fəaliyyətində prioritet bilən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun regionda ən güclü ordu olduğunu bilirdim. Ancaq ön səngərdə gördüklərim, hərbi qulluqçuların sosial-məişət şəraiti, ərzaq təminatı, hər şeydən öncə isə onların döyüş hazırlığı və vətənpərvərlik ruhu məni bir daha əmin etdi, sevindirdi. Bizi müşayiət edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbanin – Əsgəri güllə yox, laqeydlik, ona qarşı soyuq münasibət öldürür. Silahlı Qüvvələrdəki bu inkişafı, bu uğuru görməyən, qiymətləndirməyən elə nankorlar var ki, hələ də ordumuzun bostanına daş atmaqdan usanmırlar,- fikri ilə tam raziyam. Mən bu səfərdən çox böyük təəssüratlarla, yenidən böyük bir qrupla Vətən əsgərləri ilə görüşə qayıtmaq arzusu ilə cəbhə bölgələrindən geri döndüm. Əsgər üçün nə etsək azdır. Bu gün “Hər şey ordu üçün, hər şey qələbə üçün!” şüarı bütün ölkəni əhatə etməlidir…”.
Əsgər və zabitlər millət vəkili, İqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlının çıxışlarını da böyük maraqla qarşılamış və onun dəfələrlə cəbhə bölgələrində olmasını digər ziyalılarımıza nümunə göstərmişlər. Professor hərbi hissələrə “Böyük siyasətin davamı” adlı çoxcildliyinin çapdan çıxmış 7 cildini hədiyyə etmişdir. 
Universitetin “Qiymət və qiymətləndirmə kafedrası”nın əməkdaşları, İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Bulud Sadıxov, Baş müəllim, dosent İbrahim Quliyev, Milli Qəhrəman Rafiq Alıcanovun oğlu, tələbə Elvin Alıcanov və başqaları döyüşçülərlə səmimi söhbətlər etmiş və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanacaq döyüşlərdə onlar da Vətən əsgərləri ilə bir yerdə olacaqlarını bildirmişlər. 
Universitetin kollektivi adından hərbi hissəyə və xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr və fəxri fərmanlar verilmişdir.
Polkovnik Oruc Abdullayev şəxsi heyət adından qonaqlara dərin minnətdarlığını bildirərək onları əmin etmişdir ki, bundan sonra da Vətənimizin və xalqımızın milli təhlükəsizliyini etibarla qoruyacaq, əsgəri borclarını şərəflə yerinə yetirəcəklər. 
Səfər çərçivəsində professor-müəllim və tələbələr Goranboy rayonunda şəhid Etibar Xudavi oğlu Kazımovun ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın ailəsinə təqdim olunması mərasimində, Ağstafa şəhərində Azərbaycanın Milli Qəhrəmanı kapitan Rafiq Alıcanovun 50 illik yubileyinə həsr olunmuş yubiley mərasimində iştirak etmiş, cəbhəyanı bölgədəki kəndlərin əhalisi ilə görüşmüş və onlarla maraqlı söhbətlər etmişlər. 
Cəbhə bölgələrindən qayıdarkən professor Ədalət Muradovun rəhbərlik etdiyi qrup Gəncə şəhərindəki hərbi hissədə gənc əsgərlər və onların valideynləri ilə görüşüblər. Gənc əsgərlər arasında Azərbaycan Dövlət İqtisad Universitetinin də xeyli məzununu görən professor və müəllimlər bundan böyük qürur duyduqlarını bildirib və onlara xidmətdə uğurlar arzulayıblar.
Qərara alınıb ki, cəbhə bölgələrinə səfər təəssüratlarından ibarət “Ön səngərdə nələr gördük” adlı kitab-albom hazırlanaraq nəşr etdirilsin.

http://www.mod.gov.az

2664 3
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno