Baş redaktor tələbələrin müraciətlərini dinlədi

06 YANVAR 2017 | VIEWS:
1647

Yanvarın 6-da Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə UNEC-də 2016/17-ci tədris ilinin qış imtahan sessiyasının gedişi ilə tanış olub. Yazılı və test üsulu ilə təşkil edilən imtahanlarda müşahidəçi qismində iştirak edən tanınmış jurnalistə həm də UNEC-in “Qaynar Xətt” xidməti həvalə edilib. Tələbələrin müraciətlərini dinləyən Z.Hüseynzadə gün ərzində heç bir neqativ hal müşahidə edilmədiyini, sualların əsasən sorğu xarakterli olduğu bildirilib.

Qeyd edək ki, 2016/17-ci tədris ilinin qış imtahan sessiyasında UNEC-in “Qaynar xətt” (146-1-3) xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib.

1648 4