Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Azərbaycan Coca-Cola Bottlers Şirkətində master-klass keçiblər. UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılan master-klassda Sabah Qruplarının Maliyyə ixtisasında təhsil alan II kurs tələbələri iştirak edib.
Master-klassı Azərbaycan Coca-Cola Bottlers Şirkətinin maliyyə direktoru Burak Ateş keçib. O, UNEC tələbərinə maliyyə sahəsində tətbiq edilən yenilik və üsullar haqqında məlumat verib. Tələbələrin suallarını cavablandırıb.
Master-klassdan sonra şirkətin insan resursları üzrə mütəxəssisi tələbələrin gələcək karyerasında faydalı ola biləcək məsləhətlər verib.
Sonda tələbələr şirkətdəki istehsal prosesi ilə yaxından tanış olublar. Tələbələrə Azərbaycan Coca-Cola Bottlers Şirkətinin məhsularından ibarət yeni il hədiyyələri təqdim edilib.