Seymur İlham oğlu Ələkbərov 1997-ci il mayın 29-da Tovuz rayonunda anadan olub. Orta təhsilini Tovuz rayon Qovlar qəsəbəsi S.Kazımov adına orta məktəbdə alıb.
Şagird ikən incəsənətə böyük marağı ilə yaşıdlarından fərqlənən Seymur əvvəlcə məktəbdə, sonra isə rayonda təşkil edilən tədbirlərdə mahnılar ifa edib. 2014-cü ildə 567 balla UNEC-ə daxil olub. Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan Seymur bu gün SABAH qruplarında təhsilini davam etdirir.
O, UNEC Yaradıcılıq Mərkəzinin qiraət dərnəyinin üzvüdür. Mərkəzin təşkil etdiyi bütün tədbirlərinin aparıcısı tanınır. Bundan başqa, 2015-ci ildən Radio UNEC-də DJ kimi fəaliyyətə başlayıb.
2015-ci ilin may ayında UNEC tələbələri arasında təşkil olunan “Mənim Stilim 3” geyim müsabiqəsində oğlanlar arasında I yerə layiq görülən Seymur aldığı çoxsaylı təklifləri dəyərləndirərək, modellik fəaliyyətinə də başlayıb. 2016-cı ildə Dünya Gözəllik Konqresinin (WBC) təşkil etdiyi “Miss&Mister Caucasus” gözəllik müsabiqəsində “First Runner Up” titulunun sahibi olub və Britaniyalı dizayner Lou Daltonun yeni kolleksiyasında çəkilərək, professional model kimi tanınıb.
Ölkənin ən populyar modellərindən olan Seymur gələcəkdə çox sevdiyi mühasibat uçotu və audit ixtisası üzrə çalışmaq istəyir və təhsilini magistr pilləsində davam etdirməyi planlaşdırır. Eyni zamanda, jurnalistika sahəsindəki fəaliyyətini də inkişaf etdirməyi düşünür.
UNEC istedadları
“UNEC istedadları” – gitaraçı tələbə (27.10.2017)
Baba Aslanov – “UNEC istedadları” – tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə – “UNEC istedadları” – tələbə vokalçı (13.10.2017)
Ləman Əkbərova – “UNEC istedadları” – tələbə şairə (06.10.2017)
Azad İsmayılzadə – “UNEC istedadları” – rəssam tələbə (29.09.2017)