Azfar stadionunda gərgin keçən oyunun ilk hissəsindən sonra 2-0 hesabı ilə irəlidə olan mühafizəçilər, ikinci hissədə eyni əzmkarlığı nümayiş etdirə bilməyiblər. Buna səbəb “Finance-Accounting and SABAH” komandasının kapitanı Gəray Musayevin taktikanı dəyişməsi olub. İkinci hissədə oyunu bütövlüklə ələ alan G.Musayevin komandası 5-3 hesabı ilə rəqibə qalib gəlməyi bacarıb.
“UNEC Security” komandasında qolları Fərid Həsənov (2) və Rüfət Babayev (1) vurublar. “Finance-Accounting and SABAH” komandasında isə qol müəllifləri Aqil Əzizov (2), Gəray Musayev (1), Azər Qarayev (1) və Murad Ələkbərov (1) olub.
Qeyd edək ki, “Finance-Accounting and SABAH” komandası B qrupunda keçirdiyi bütün oyunlarda qalib gələrək birinci yerdə qərarlaşıblar. İkinci yerin sahibi isə noyabrın 16-da keçiriləcək “UNEC Drivers” və “UNEC Business and Managment” komandalarının oyunundan sonra bilinəcək. Lakin bunun üçün sürücülər rəqib komandaya böyük hesabla qalib gəlməlidir.
Turnir cədvəlində komandaların sıralaması aşağıdakı kimi olub:
N | A QRUPU | O | Q | H | M | T-F | X |
1 | UNEC United | 4 | 3 | 1 | 0 | 36-13 | 10 |
2 | İqtisadçılar | 4 | 2 | 1 | 1 | 27-21 | 7 |
3 | UNEC Sport Club | 4 | 1 | 3 | 0 | 13-12 | 6 |
4 | TÜDİFAK | 4 | 1 | 0 | 3 | 8-19 | 3 |
5 | UNEC Beynəlxalq İqtisadiyyat FC | 4 | 0 | 1 | 3 | 10-29 | 1 |
N | B QRUPU | O | Q | H | M | T-F | X |
1 | Finance-Accounting and SABAH | 4 | 4 | 0 | 0 | 39-7 | 12 |
2 | UNEC Security | 4 | 2 | 0 | 2 | 22-17 | 6 |
3 | UNEC RESH | 4 | 2 | 0 | 2 | 22-19 | 6 |
4 | UNEC Drivers | 3 | 1 | 0 | 2 | 10-16 | 3 |
5 | UNEC Business and Managment | 3 | 0 | 0 | 3 | 5-39 | 0 |