Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Rusiyanın Plexanov adına Rusiya İqtisad Universiteti (RİU) arasında videogörüş keçirilib.
Videogörüşdə RİU-nun Beynəlxalq əməkdaşlıq şöbəsi, İqtisad və hüquq fakültəsi ilə UNEC-in Beynəlxalq əlaqələr departamenti və Rus İqtisadiyyat Məktəbinin nümayəndələri iştirak edib. Görüşdə tərəflər arasında əməkdaşlıq istiqamətləri təhlil olunub, ikili diplom proqramlarının reallaşdırılıması haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda, hər iki universitetinin tədris proqramları müqayisə olunaraq, ortaq və ikili diplom proqramlarının modelləri müzakirə olunub.