UNEC müəllimi Beynəlxalq Sosial Marketinq Asossasiyasına üzv olub

09 DEKABR 2015 | VIEWS:
2474

ramil_52Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Ramil Cabbarov Beynəlxalq Sosial Marketinq Asossasiyasına üzv seçilib. Asossasiyanın region üzrə yeganə üzvü olan R.Cabbarovun sosial marketinq sahəsində təqdim etdiyi təkliflər qurum rəsmiləri tərəfindən müsbət qarşılanıb.

Beynəlxalq Sosial Marketinq Asossasiyası qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Qurumun əsas missiyası marketinq alətləri vasitəsilə sosial dəyişikləri izləmək, cəmiyyət üçün faydalı fəaliyyətlərə diqqət çəkməkdir.

Bu ildən UNEC-in Marketinq kafedrasında gənc müəllim kimi fəaliyyətə başlayan Ramil Cabbarovun təqdim etdiyi təkliflərdə sosial marketinqin mikro və makro səviyyəsində sosial-mədəni, o cümlədən iqtisadi dəyişikliyin istehlakçıların davranış modelinə və həyat tərzində təsiri məsələləri öz əksini tapmışdır. Kiçik və orta sahibkarlıqla məşğul olan müsəssisələrdə korporativ sosial məsuliyyətin təşviqi barədə təqdim olunan təkliflər isə Asossasiyanın növbəti iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Beynəlxalq Sosial Marketinq Asossasiyasının üzvləri üçün bu il təşkil etdiyi tədbirlərdə ürək sağlamlığı haqqında cəmiyyəti məlumatlandırma, piylənmənin qarşısını alan qidalanma siyasətinin yaradılması, tütün istifadəsinə qarşı kampaniyalar, AIDS/HİV virusundan qorunma və yayılmasına sosial maneə yaratmaq, gəncləri sosial məsusliyyət hissini aşılamaq kimi bir sıra mövzular müzakirəyə çıxarılır və təkliflər üzərində fikir mübadiləsi aparılır.

Asossasiyaya üzv olan gənc müəllim sosial marketinq üzrə aylıq vebinarlarda iştirak, regional tədqiqatların aparılmasında koordinatorluq, elektron kitabxana və məlumat bazasından istifadə, mütəxəssislər və üzvlərin bir araya gəldiyi konfrans və seminarlara qatılmaq hüququ əldə edib. R.Cabbarov üzv kimi hər il təşkil edilən Ümumdünya Sosial Marketinq Konfransında da iştirak edə biləcəkdir.

R.Cabbarov UNEC-in Marketinq və Kommunikasiya Departamentinin marketinq üzrə mütəxəssisidir.

2475 1
WordPress SEO - www.mersindugun.com - escort eskisehir - betasus güncel giriş -
betist güncel giriş
-

casinoslot güncel giriş

- sekabet güncel giriş -
dumanbet güncel giriş
- holiganbet yeni giriş -

timebet yeni giriş

-
casinomaxi.click
- klasbahis yeni giriş - Sağlık Personeli