UNEC professoru “Avropanın əməkdar elm xadimi” adına layiq görülüb

09 MART 2018 | VIEWS:

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov “Avropanın əməkdar elm xadimi” adına layiq görülüb.

UNEC-in professoru Almaniyanın Hannover şəhərində göstərdiyi elmi fəaliyyətinə görə Avropa Biliklər Cəmiyyəti, Avropa Təbii Elmlər Akademiyası və Beynəlxalq Ziyalılar Birliyinin Rəyasət heyətinin 21 fevral 2018-ci il U/026 saylı qərarı ilə təltif edilib.