Moskva Dövlət Universitetinin ictimai elmlər mərkəzinin elmi soveti ilə iqtisad fakültəsinin təsərrüffat fəlsəfəsi laboratoriyasının birgə təşkil etdiyi konfrans “Rusiya Rusiyaya doğru gedən yolda: konseptual axtarışlar və təsərruffat strategiyası” mövzusuna həsr olunub.
Dünyanın müxtəlif ölkələrindən 200-dən çox alimin qatıldığı konfransda UNEC-i “İqtisadi nəzəriyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əlican Babayev təmsil edib. Ə.Babayev “Muasir Rusiya: konsepsiya və strateji seçim” bölməsində “Muasir iqtisadi nəzəriyyə və Azərbaycanda onun tədris edilməsi xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Konfrans iştirakçılarının xüsusi marağına səbəb olan məruzə ətrafında müzakirələr aparılıb.