UNEC şəhidlərini ehtiramla yad edir

18 MART 2018 | VIEWS:
1675

Martın 18-də UNEC-in iki şəhidinin xatirə günüdür…

UNEC-in ən gənc şəhidi Məhəmməd Umudov 18 mart 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. 5 saylı orta məktəbə gedib, təhsilini 25 saylı riyaziyyat təmüyüllü orta məktəbdə başa vurub. Dörd qardaşın ən kiçiyi olan Məhəmməd həm də karate ilə məşğul olub. Təhsil aldığı hər iki məktəbi karate üzrə yarışlarda uğurla təmsil edib.

Məhəmməd qara kəmər ustası olmaqla yanaşı, riyazi bilikləri ilə məktəbdə xüsusi diqqət cəlb edirdi. 1991-ci ildə orta məktəbi bitirib, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. Bir semestr təhsil alıb. 1992-ci ildə Xocalı faciəsi baş verdikdən sonra təhsilini yarımçıq qoyaraq könüllü hərbi hissəyə yollanıb. 30 iyul 1992-ci ildə Ağdərənin Kaçapet kəndindəki döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhidin nəşi döyüş meydanından avqustun 9-da çıxarılaraq, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Bu gün xatirəsini ehtiramla yad etdiyimiz ikinci şəhidimiz isə məzunumuz İlyas Sultanovdur.

O, 18 mart 1957-ci ildə Füzuli rayonunda anadan olub. Uşaqlıqdan idmanın klassik güləş növü ilə məşğul olan İlyas Sultanov dəfələrlə rayon və respublika çempionu adını qazanıb. 1974-cü ildə Füzuli rayon Xurşudbanu Natavan adına orta məktəbi bitirərək, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. 1976-cı ildə Moskva şəhərinin Vladimr vilayətində hərbi xidmətdə olub. Təhsilini başa vurduqdan sonra, Füzuli rayon istehlak cəmiyyətində əmək fəaliyyətinə başlayıb. Bir müddətdən sonra Füzuli rayon ticarət sistemi üzrə Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışıb.

Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları başlanandan sonra Füzuli rayonunda yaradılan könüllülərdən ibarət özünümüdafiə batalyonunun tağım komandiri təyin edilmişdi. İlyas Sultanov 15 avqust 1992-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Şəhid Füzuli rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub…

Allah rəhmət eləsin…

1676 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser