UNEC şəhidlərini ehtiramla yad edir…

15 YANVAR 2017 | VIEWS:
1700

Yanvarın 15-də UNEC-in məzunu, şəhid Saleh Səfərovun xatirə günüdür.

Səfərov Saleh Səfər oğlu 1954-cü il fevralın 1-də Ağdam rayonunda anadan olub. Orta təhsilini Ağdam rayon 1 saylı orta məktəbdə aldıqdan sonra, 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsinin əyani şöbəsinə daxil olub. 1974-cü ildə universiteti bitirib.

1974-76-cı illərdə Ukraynanın İvano-Frankovski şəhərində əsgəri xidmətdə olub. Əsgərlikdən qayıtdıqdan sonra Ağdam rayon maliyyə şöbəsində müfəttiş vəzifəsində çalışıb. 1977-ci ildə Ağdam rayon Kənd təsərrüfatı texnikumunun qiyabi şöbəsinə daxil olan Saleh, 1980-ci ildə həmin texnikumu bitirib. 1983-cü ildə Ağdam rayon daxili işlər şöbəsinə baş müfəttiş vəzifəsinə təyin olunub. 1986-cı ildə kapitan, 1990-cı ildə isə mayor rütbəsinə yüksəlib. S.Səfərov 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1992-ci ildə iqtisadi cinayətkarlığa qarşı mübarizə şöbəsində işə başlayıb.

Azərbaycan-Ermənistan münaqişəsi başlandığı gündən şöbənin əməkdaşları ilə birlikdə Ağdam rayon mərkəzinin və kəndlərinin müdafiəsində dayanıb. Saleh Səfərov 1993-cü il yanvarın 15-də Ağdamın Qiyaslı kəndində gedən döyüşlərdə həlak olub…

Bu gün şəhidin qızı Gülçöhrə Salehzadə UNEC-də müəllim işləyir. 

1701 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno