Bu il rekord sayda iştirakçının qatıldığı nüfuzlu beynəlxalq müsabiqədə 396 ali təhsil müəssisəsini təmsil edən 10.240 iştirakçı 2453 komandada qələbə uğrunda mübarizə aparıb. Ümumilikdə 46 ölkənin qatıldığı və 65.287 ticarət əməliyyatının həyata keçirildiyi qlobal müsabiqədə, Qafqaz regionundan yalnız Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yarışa qatılıb.
Beynəlxalq müsabiqədə UNEC 14 komanda ilə dünyanın aparıcı universtetlərinin komandaları ilə yarışıb. Yarışda tələbələr Bloomberg Terminalında virtual portfellərini idarə edərək, real maliyyə bazarlarında ticarət apararaq, maksimum gəlir əldə etməyə çalışıblar. 6 həftəlik yarışda UNEC tələbələri 2453 komanda arasından 32-ci yeri qazanıblar və regionda 2-ci olublar!
UNEC-in Bloomberg Maliyyə Laboratoriyasının direktoru Səidə Xəlilin rəhbərlik etdiyi qalib komandada Maliyyə və mühasibat fakultəsinin tələbələri – Asiman İsazadə (kapitanı), Zəhra Məmmədzadə və Rəna Məmmədzadə təmsil olunublar.
Tələbələrimizi təbrik edirik, yeni-yeniuğurlar arzulayırıq!