Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrindən ibarət komandası “Nə? Harada? Nə zaman?” intellektual yarışmasının qalibi olub.
Azərbaycan Kooperasiya Universitetində “Nərimanov Kuboku” uğrunda keçirilən yarışmada N.Nərimanov rayonunda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrindən ibarət 9 komanda iştirak edib.
UNEC-i intellektual yarışmada universitetin Tələbə Gənclər Təşkilatının sədr müavini Rəsul Həşimov və tələbələr təmsil edib.
Gərgin keçən bilik uğrunda mübarizə UNEC komandasının qalibiyyəti ilə yekunlaşıb. II yerə Azərbaycan Turizm və Menecment Universitetinin, III yerə isə Azərbaycan Kooperasiya Universitetinin komandası layiq görülüb.
Yarışma Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Qalib gələn komandalar diplom və medallarla təltif olunub.