UNEC-in bakalavr pilləsində təhsil alan IV kurs tələbələri istehsalat təcrübəsindədirlər.
Təcrübələrin təşkilinin məqsədi tələbələrin tədris ili boyu əldə etdikləri nəzəri bilikləri təcrübə ilə daha dərindən mənimsəmək və onların peşəkar kadr kimi yetişməsini təmin etməkdir. UNEC-in bakalavr pilləsi üzrə ümumilikdə 4000-ə yaxın tələbəsi təhsil aldıqları fakültə və ixtisaslarının profilinə uyğun olan dövlət və özəl qurumlarda, müəssisələrdə istehsalat təcrübəsini davam etdirir.
Tələbələrin istehsalat təcrübəsinin daha səmərəli təşkilinə nəzarət məqsədilə Təcrübənin təşkili şöbəsinin müdiri Natiq Qurbanov və şöbənin əməkdaşları Yasamal rayon İcra Hakimiyyəti, Ticarət və Sənaye Palatası, Bakı Tikiş Evində olublar. UNEC əməkdaşları tanışlıq zamanı müəssisənin təcrübə rəhbərlərinə metodik göstəriş veriblər, tələbələrin fəaliyyəti və istehsalat təcrübəsi qazanmaları üçün yaradılan şəraitlə tanış olublar, tələbələrin təkliflərini dinləyiblər.