UNEC tələbələri Neft-Kimya Prosesləri İnstitutunun laboratoriyalarından istifadə edə biləcəklər

17 DEKABR 2015 | VIEWS:
2205

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əmtəəşünaslıq fakültəsində elmi-praktiki seminar keçirilib. İstehlak mallarının ekspertizası kafedrasının təşkil etdiyi seminarın məqsədi professor-müəllim və tələbə heyətini neft emalı və kimya sənayesi sahəsində əldə edilən nailiyyətlərlə tanış etmək, eyni zamanda, respublikada yaradılan kimya sənayesi kompleksləri tərəfindən istehsal ediləcək məhsulların çeşid quruluşu, təhlükəsizliyi istiqamətində görülən işlər barədə məlumat verməkdir.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov tələbələrin elmə olan marağının artırılmasından, müasir istehlak bazarında keyfiyyətin qiymətləndirilməsi üzrə ekspert mütəxəssislərin rolunun artırılması istiqamətində qarşıda duran əsas vəzifələrdən danışıb. Bildirib ki, istehlak mallarının ekspertizasıixtisası üzrə kadrların müasir dövrdə istehlakçıların təhlükəsizlik göstəricilərinə cavab verən yüksək keyfiyyətli istehlak malları ilə təmin olunmasındarolu danılmazdır.

Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanov gənclərin elmin sirlərinə yiyələnmə yollarında qarşılaşdıqları çətinliklərdən danışıb. İstehlak mallarının ekspertizasıkafedrasının müdiri, professor Əli Pənah Həsənov dünyanın aparıcı dövlətlərində və universitetlərində öz tədqiqat işləri və elmi araşdırmaları ilə Azərbaycanın nüfuzunu ucaldan gənc tədqiqatçılardan söz açıb.

Tədbirin sonunda UNEC tələbələrinə Neft-Kimya Prosesləri İnstitutunun laboratoriyalarından istifadə etmək təklif edilib.

2206 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser