Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində olublar.
Tələbələr muzeyin eksponat və stendlərində Ulu Öndərin nadir fotoşəkilləri, sənəd və arxiv materialları ilə tanış olublar. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, o cümlədən dövlət təhlükəsizlik orqanlarında həyata keçirdiyi əməliyyatlar haqqında məlumatlandırılıblar.
Ekskursiya Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib.