Oktyabrın 28-də Slovakiyanın Pan Avropa Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Slavomir Rudenko və universitetin əməkdaşı Martin Manina Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) işgüzar səfərdə olub.
Görüş zamanı qonaqlara UNEC haqqında geniş məlumat verilib. UNEC-lə Pan Avropa Universiteti arasında əməkdaşlığın istiqamətləri, xüsusilə Erasmus + proqramının birinci fəaliyyət növü (Key Action 1) çərçivəsində mübadilə məsələləri müzakirə olnuub.
Bildirilib ki, UNEC tələbələri 2015/2016-cı tədris ildən etibarən 1-ci fəaliyyət növünə aid layihə çərçivəsində təhsillərini Pan Avropa Universitetində bakalavr, magistratura və doktorantura səviyyələrində davam etdirə biləcəklər. Bununla əlaqədar bütün xərclər Avropa Komissiyasının proqram üçün ayırdığı büdcə hesabına reallaşdırılacaq.