UNEC tələbələri Türk Dünyası Gənclər Formunda iştirak edib

22 OKTYABR 2016 | VIEWS:
2343

16-20 oktyabr tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin Girne şəhərində Türkiyə Respublikası Baş nazirliyinin himayəsində Türk Dünyası Həmrəylik Dərnəyi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə I Türk Dünyası Gənclik forumu baş tutmuşdur. Forumda Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin tələbələri də iştirak edib.

Türkiyə Respublikası Baş nazirinin və Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin müavinlərinin açılış nitqi ilə başlayan forumda Azərbaycan Respublikasının millət vəkilləri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, elm adamları, jurnalistlər, Şimali Kipr Türk Cümhuriyyətində təhsil alan tələbələr də iştirak etmişdir. Ümumilikdə isə tədbirdə 24 ölkədən 300 nəfərə yaxın şəxs iştirak etmişdir.

İsmail Gaspiralının “Dildə, fikirdə, işdə birlik!” devizi altında keçirilən forumda “Türk Dünyasi Gənclərinin Ortaq Probleməri və Srateji iş Birliyi”, “Gənclərin texnalogiya və akademik sahədə qarşılıqlı çalışması”, “Çağdaş Türk ədəbiyatının öyrənilməsi və yaşadılması” və digər mövzular ətrafında panellər keçirilərək fikir mübadiləsi aparılmışdır.

Forum çərçivəsində Şimali Kiprin ayrı-ayrı şəhərlərində “Azərbaycanın dövlət müstəqilliyi günü”, “Kipr Türk mədəniyyət gecəsi”, kitab sərgisi və digər mədəni tədbirlər təşkil olundu.

2344 1