UNEC tələbələrini qalib edən biznes plan: “Invest me”

27 OKTYABR 2017 | VIEWS:

Bakıda “British Council Azərbaycan”ın təşkilatçılığı ilə Avropa İttifaqının “Mədəniyyət və yaradıcılıq” proqramı çərçivəsində “İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq” Forumu keçirilib.

Tədbirdə “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə layihənin tərəfdaşı kimi görülən işlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, məqsəd mədəniyyət və yaradıcılıq sahələrinin potensial imkanlarına diqqəti cəlb etməkdən, Azərbaycanda yaradıcılıq sahələrinin inkişafının əsas mərhələlərini müəyyənləşdirməkdən və marağı olan tərəflər üçün tövsiyələr verməkdən ibarətdir.

Tədbir iki əsas hissədən ibarət olub. Forumun I günü tələbələr üçün biznesin inkişafı üzrə çoxsahəli “Teamlab Azerbaijan” seminarı, II günündə isə Yaradıcılıq Sahələrinin İnkişafı Forumu təşkil edilib.

UNEC-in SABAH qrupları tələbələrinin iştirak etdiyi “Teamlab Azerbaijan” seminarında 70-ə yaxın tələbə komandaları öz ideyalarını səriştəli mentorların köməyi ilə yaradıcı biznes plana çeviriblər. Komandalar münsiflər heyətinə 12 biznes plan təqdim ediblər. Münsiflər I yerə UNEC tələbələrinin təqdim etdiyi “Invest me” layihəsini layiq görüblər.

Forumun II günündə, Yaradıcılıq Sahələrinin İnkişafı Forumunda da UNEC tələbələri onları forumun qalibi edən biznes planlarının təqdimatını keçiriblər.

UNEC SABAH komandasının üzvləri IV kursda sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil alan Sevil Hacıyeva, Ülviyyə Axundova, Pinar Cəbrayılova, Aytən İbrahimova, Hacəsgər Əsgərli, Dilavər Kərimli və Əmrah İsmayılzadədir.

Tələbələrimizi təbrik edirik!

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino