UNEC təmsilçiləri iki yüzdən çox məktəbə səfər ediblər

13 İYUN 2018 | VIEWS:

UNEC-in professor-müəllim heyəti Azərbaycanın 200-dən çox məktəbinə səfər edib.

Yuxarı sinif şagirdlərinə UNEC barədə məlumat vermək, onlara ixtisas seçimində dəstək olmaq məqsədilə keçirilən görüşlər Bakı, Sumqayıt, Göyçay, İsmayıllı, Quba, Şabran, Zaqatala, Siyəzən, Qəbələ, Şəki, Ağdaş və Mingəçevirin qabaqcıl məktəblərində keçirilib.

Professor-müəllim heyəti yuxarı sinif şagirdlərinə regionun ən böyük iqtisadyönümlü və Azərbaycanın 4 dildə təhsil verən yeganə ali təhsil müəssisəsi olan UNEC barədə ətraflı məlumat verib. Bildirilib ki, UNEC-ə qəbul DİM-in təşkil etdiyi test imtahanları ilə yanaşı, beynəlxalq SAT proqramı vasitəsilə də həyata keçirilir. Abituriyentlərin diqqətinə çatdırılıb ki, son iki ildə II ixtisas qrupu üzrə ən yüksək bal toplayanlar məhz UNEC-i seçib.

Görüşlərdə yalnız UNEC-də tətbiq edilən yeniliklər də səsləndirilib. Qeyd edilib ki, 600-dən yüksək bal toplayaraq UNEC-ə qəbul olan tələbələrə bir semestr boyunca xüsusi təqaüd verilir. Bundan başqa, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə ikinci əlaçı təqaüdü verilir. UNEC-in tələbəyə verdiyi üstünlüklərdən biri də UDİD proqramı ilə 4 ilə 2 ixtisasa sahib olmaqdır.

Məktəblilərə abituriyentlər arasında çox populyar olan “UNEC-də bir gün” layihəsi barədə də məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində bu tədris ilində Bakı, Sumqayıt, Mingəçevir, Lənkəran, Quba, Şirvan, Zaqatala və Xaçmazla birlikdə 60-dan çox məktəbin 1000-ə yaxın şagirdi UNEC-in “bir günlük tələbə”si olub.

Görüşlərdə UNEC-in tanıtım videoçarxı nümayiş etdirilib, məlumat kitabçaları paylanıb.

Qeyd edək ki, daha öncə UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə də səfər ediblər.

UNEC news

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Betgar - Omegle - Twitch view bot - Betnano