Türkiyənin Niğde Universitetinin rektoru Prof. Dr. Adnan Görür ve Trabzon Avrasya Universitetinin Sosial Elmlər İnstitutunun müdiri Dos. Dr. Muhammed Asıf Yoldaş Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Qonaqlar universitetin Türk Dünyası İşlətmə fakültəsini ziyarət edərək, fakultənin idarə heyəti ilə görüşüb.
Hər iki ali təhsil ocağı arasında birgə elmi təqdiqat işlərinin aparılması, akademik heyətin mübadiləsi və potensial əməkdaşlıq məsələləri görüşün əsas müzakirə mövzusu olub. Eyni zamanda gələcəkdə ortaq şəkildə ikili diplom proqramlarının həyata keçirilməsi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.