UNEC Yaradıcılıq Mərkəzinin teatr truppası yeni tamaşa hazırlayır. Tələbə-aktyorların son məşqlərini etdikləri “İki cahan” tamaşasında dahi Azərbaycan şairi İmaməddin Nəsiminin həyatından bəhs edilir.
“İki cahan” tamaşasının daxili baxışında Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov da iştirak edib. Baxışdan sonra tələbə-aktyorlarla görüşən B.Osmanov onların ifasından razı qaldığını bildirib. Sonra tanınmış rejissor tələbə-aktyorlara teatr sənətinin incəliklərindən söz açıb, onları maraqlandıran sualları cavablandırıb.