UNEC yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulunun müddətini uzadıb

26 İYUL 2016 | VIEWS:
1062

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

 

2016/2017-cı tədris ilində ödənişli əsaslarla

yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulunun müddəti 2016-cı ilin

sentyabr  ayının 10-dək uzadılmışdır.

Sənəd qəbulu aşağıdakı ixtisaslar üzrə aparılır:

  • Dünya iqtisadiyyatı
  • Maliyyə
  • Maliyyə işi (orta ixtisas təhsili bazasında)

Dövlət və özəl ali təhsil (orta ixtisas təhsili) müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə yenidənhazırlanma təhsili ala bilərlər.

 Yenidənhazırlanma təhsilinə qəbul ancaq elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda yenidənhazırlanma təhsili almaq hüququnu qazanırlar.

Yenidənhazırlanma təhsilinə müraciət aşağıdakı internet linki vasitəsi ilə həyata keçirilir.

http://www.kabinet.unec.edu.az

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri elektron formada (pdf formatında) təqdim etməlidirlər:

  • Fərdi qaydada rektor adına yazılmış ərizə;
  • Rektor adına müəssisə və ya təşkilatın göndərişi;
  • Ali və ya orta ixtisas təhsili haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti
  • Diploma əlavənin notarial qaydada təsdiqlənmiş surəti
  • Əmək kitabçasının surəti (rəsmi qaydada təsdiqlənmiş);
  • 1 ədəd fotoşəkil (3×4 sm jpeg formatında);
  • Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda təsdiqedici sənəd).

 

Təhsil Azərbaycan dilindədir. Tədris müddəti 1 ildir.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə yenidənhazırlanma təhsili ala bilərlər.

Ünvan: İstiqlaliyyət küçəsi 6, otaq 107

Əlaqə telefonları (012) 492-65-64; (050) 344-04-33; (050) 756-59-60

1063 2
WordPress SEO - www.mersindugun.com - escort eskisehir - betasus güncel giriş -
betist güncel giriş
-

casinoslot güncel giriş

- sekabet güncel giriş -
dumanbet güncel giriş
- holiganbet yeni giriş -

timebet yeni giriş

-
casinomaxi.click
- klasbahis yeni giriş - Sağlık Personeli