9 avqust 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1958-1968-ci illərdə orta məktəbi bitirmişdir.
1968-1969-cu ildə 3 saylı peşə məktəbində təhsil almışdır.
1971-1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Əməyin iqtisadiyyatı ixtisasına yiyələnmişdir.
1969-1980-ci illərdə Xalq Təsərrüfatı İnstitutunun “İqtisadi tarix” kafedrasının laborantı işləmişdir.
*
1981-1989-cu illərdə “Siyasi iqtisad” kafedrasına baş laborant vəzifəsinə təyin olunub.
1989-1999-cu illərdə kabinet müdiri vəzifəsində çalışıb.
2000-ci ildə “İqtisadi nəzəriyyə” kafedrasına müsabiqə yolu ilə müəllim vəzifəsinə təyin olunub.
Hazırda “İqtisadi nəzəriyyə” kafedrasının müəllimidir.
Ailəlidir, bir oğlu, bir qızı var.