Yaradıcılıq Mərkəzinin tamaşaları tələbələrdə vətənpərvərlik hisslərinin güclənməsində böyük rol oynayır

28 FEVRAL 2018 | VIEWS:
1742

UNEC-in rektoru, professor Ədalət Muradov Yaradıcılıq Mərkəzinin üzvləri ilə görüşüb.

“Xocalısız 26 il” tamaşasının yaradıcı heyətinin iştirak etdiyi görüşdə rektor tələbələrin obrazları peşəkarlıqla canlandırmalarını yüksək qiymətləndirib. Ermənilərin Xocalıda törətdikləri soyqırımı bəşəriyyətə qarşı ən ağır cinayət adlandıran Ə.Muradov Qarabağ həqiqətlərinin təbliğinin hər azərbaycanlının mənəvi borcu olduğunu bildirib, bu istiqamətdə gənclərin xüsusi fəallıq göstərmələrinin vacibliyini vurğulayıb. O, UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin hər il yüksək peşəkarlıqla canlandırdıqları Xocalı tamaşalarının tələbələrdə vətənpərvərlik hisslərinin aşılanması və daha da güclənməsində böyük rol oynadığını diqqətə çatdırıb.

Tamaşada Yaradıcılıq Mərkəzinin üzvləri ilə birlikdə aprel döyüşlərinin iştirakçısı, ölkənin ən gənc Qarabağ qazısı olan UNEC tələbəsi Məftun İsmayılov da yer alıb.

Sonda Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Əfsanə Məmmədova, tamaşanın qonaq iştirakçısı, 100 saylı orta məktəbin şagirdi Tamilla Musayeva və tələbələrə “Xocalısız 26 il” əbəbi-bədii kompozisiyasının hazırlanmasında fəal iştirakına görə təşəkkürnamə təqdim edilib.

1743 1