ADİU-nun MBA Departamenti EFMD-yə tam hüquqlu üzv qəbul edilib

05 İYUN 2015 | OXUNUB:
2137


logo - копияRespublikada ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin MBA De­par­tamenti EFMD (European Foundation for Management Development (Busines School Accreditation)) təşkilatının 1 iyun 2015-ci il tarixin­dən etibarən tam hüquqlu üzv qəbul edilib.

Baş ofisi Belçikanın Brussel şəhərində yerləşən bu təşkilatın əhatə dairəsinə  ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə də daxil olmaqla 81 ölkədən 800-dən artıq akademik təşkilatlar, biznes, dövlət xidməti və məsləhət xidməti qurumları daxildir. EFMD - idarəetmənin inkişafı sahəsində informasiya mübadiləsi, tədqiqatların aparılması, innovativ ideyaların və təlim metodlarının işlənibhazırlanması, bu sahə üzrə qabaqcıl təcrübələrin mübadiləsi, biznes təhsil müəssisələrinin rasionallaşdırılması üzrə yeganə təşkilatdır.

Qlobal miqyasda tanınmış bu təşkilat dünyanın aparıcı təhsil sistemlərinin standartlarına cavab verən  biznes məktəblərinin, onların biznes təhsili proq­ram­ları­nın, korporativ universitetlərin və texnologiyalara əsaslanan tədris proqram­la­rı­nın  qiymətləndirilməsi üzrə akreditasiya xidmətlərini həyata keçirir.

Azerbaycan Dövlət İqtisad Universitetinin MBA Departamenti EFMD-yə tam üzv olması ali təhsil müəssisəsinin biznesin idarə edilməsi üzrə proqram heyəti və magistrantlarının mübadiləsinə, bilik paylaşmasına  və dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlığına  geniş imkanlar yaradır.

2138 2