bank_sirsadprof. Abdullayev Şirzad Əyyub oğlu

1970-ci il oktyabrın 16-da Ağdaş rayonu Pirkəkə kəndində anadan olub.

1987-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub.
1997-2001-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb.

2005-ci ildə Berlin İqtisadiyyat Məktəbi və Almaniya Tətbiqi Elmlər İnstitutunda;
2007-ci ildə Varton Daşınmaz Əmlak Mərkəzində;
2008-ci ildə MTF Luksemburq institutunda əlavə təhsil alıb.

1992-ci ildə “Azərnəqliyyatbank”da iqtisadçı, 1992-ci ildə “Azinvestbank”da idarə heyətinin sədrinin müavini, 1992-2003-cü illərdə “Azinvestbank”da idarə heyətinin sədri;
2003-2008-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında hüquq departamentinin Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi vəzifələrində işləyib.

*
2008-ci ildən Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda icraçı direktor vəzifəsində çalışır.

2000-ci ildə “Maliyyə, pul tədavülü və kredit” ixtisasından “Azərbaycanda kommersiya banklarının yaranması və istifadəsi problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi adını alıb, 2006-cı ildə “Maliyyə, pul tədavülü və kredit” ixtisasından “Azərbaycanda bank resurslarının idarə olunması” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri doktoru adını alıb.

2001-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Bank işi və pul tədavülü” kafedrasının baş müəllimi, 2002-2007-ci illərdə dosenti olub.
2007-ci ildən “Maliyyə və maliyyə institutları” kafedrasının professorudur.