UNEC tələbələri “Dijital Təcrübə” proqramına qəbul olunub

10 FEVRAL 2016 | VIEWS:

6Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 4 tələbəsi “Dijital Təcrübə” proqramına qəbul olunublar.

Təcrübə proqramını Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Mezo Digital” təşkil edib. Proqramda iştirak etmək üçün 300-dən çox gənc müraciət edib. İlk seçimdə 160 gənc müsahibələrə dəvət olunaraq, nəticə etibarı ilə 16 gənc təcrübə proqramında iştirak etmək şansı əldə edib.

Qeyd edək ki, tələbələr bəzi təlimlərə online şəklində qoşula biləcəklər.

“Dijital Təcrübə” proqramında iştirak edəcək UNEC tələbələrinin siyahısı:

Hüseynova Lamiyə – Kommersiya fakültəsi
Əsgərova Fəridə – Kommersiya fakültəsi
Rzayeva Vüsalə – Kommersiya fakültəsi
Məmmədli Mahizər –Biznes inzibatçılığı fakültəsi