UNEC rektoru, professor Ədalət Muradovun Qarabağ Universitetinə kitab hədiyyə etmək təşəbbüsü ictimaiyyət arasında böyük maraqla qarşılanıb. Belə ki, millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri ilə yanaşı, universitetin “Maliyyə və audit” kafedrasının müdiri, professor Əvəz Ələkbərov da bu kampaniyaya qoşulub.
Professor Ə.Ələkbərov şəxsi kitabxanasından maliyyə, vergi, iqtisadiyyat sahələrinə, eləcə də dünya ədəbiyyatı incilərinə dair ümumilikdə 270-dən çox kitabı Qarabağ Universitetinə hədiyyə edib.